18:13 çərşənbə Axşamı, 17 Sentyabr 2019
ÖZƏL

Keniya Mətbuat Şurasının sədri: Azərbaycan və Keniya əlaqələri yüksək səviyyədədir - VİDEO

16:57, 12.09.20196086
Keniya Mətbuat Şurasının sədri: Azərbaycan və Keniya əlaqələri yüksək səviyyədədir - VİDEO
Keniya Mətbuat Şurasının sədri David Omwoyo Ümumdünya Mətbuat Şuraları Assosasiyasının konfrasında iştirak etmək üçün Azərbaycana gəlib.
 
O AZXEBER.COM-a özəl açıqlamasında Azərbaycanı çox bəyəndiyini və qonaqpərvərliyimizə valeh olduğunu deyib: "Azərbaycan çox gözəl ölkədir. Buranın havası çox təmizdir, insanları istiqanlıdır. Eyni zamanda tədbirin təşkilatçılığı da yüksək səviyyədədir".
 
David Omwoyo həmçinin Keniya - Azərbaycan əlaqələrindən də danışıb: "Keniya və Azərbaycan əlaqələri yüksək səviyyədədir. Mənim bir xeyli dostum Azərbaycana gəlmişdi, onlar ölkəniz haqda xoş sözlər demişdi. Eyni zamanda Keniya və Azərbaycan mediasının ortaq xüsusiyyətləri var. Hər iki ölkə məlumat azadlığını dəstəkləyir".
 
David Omwoyonun açıqlamasını təqdim edirik:
XƏBƏR LENTİ