Keniyada avtobus çaya düşdü, 20 nəfər öldü

DÜNYA
02:51 05.12.2021
276
Keniyada su basmış körpüdən keçməyə cəhd göstərən avtobusun çaya düşməsi nəticəsində azı 20 nəfər həlak olub.
 
AZXEBER.COM xarici mediaya istinadla xəbər verir ki, avtobusda toya gedən adamlar olub. Yerli portalda yerləşdirilən videoda avtobusun Enziu çayı üzərindəki su basmış körpüdən keçməyə cəhd göstərdiyi görünür. Körpünün qurtaracağında avtobus gözlənilmədən yoldan sürüşərək yanı üstə çaya düşür və suyun dərinliyinə enir.

Güclü axın hadisə yerində aparılan xilasetmə əməliyyatlarına mane olub.

OXŞAR XƏBƏRLƏR