"Westgate" ticarət mərkəzinə hücum edənlər arasında Norveç vətəndaşı da olub
Keniyanın paytaxtı Nayrobidə ticarət nərkəzinə yenə hücum edilib. ANS PRESS-in BBC-ə istinadən verdiyi xəbərə görə, hücumda şübhəli bilinənlərin arasında 23 yaşlı Həsən Əbdi Duxulou adlı Somali əsilli Norveç vətəndaşı da var. “Westgate” adlı mərkəzə hücum zamanı 4 hücumçu müşahidə kameralarına düşüb. Norveç polisi Duxulounun islamçı “Əş-Şabab” qruplaşması ilə iş birliyindən şübhələnir. BBC-nin müxbiri Duxoylunun Norveçdəki qohumları ilə əlaqə saxlaya bilib. Qohumlarının sözlərinə görə, Duxulou 2009-cu ildə Larvikdən Somoliyə gedib. Hələ ki, hücum edənlərin dəqiq sayı bəlli deyil. Keniya deputatlarından birinin BBC-yə verdiyi məlumata görə, TM-də dağıntıların altından 2 nəfər terroristin yanmış cəsədi çıxıb.