Keniyanın qərbində təqribən 95 tələbə qız diaqnozu qoyulmamış xəstəlik səbəbindən xəstəxanaya yerləşdirilib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Nayrobidən 374 kilometr şimal-qərbdə yerləşən Müqəddəs Tereza Eregi Qız Liseyində 95 tələbə xəstələnib.
Hələ müəyyən edilməyən xəstəlik səbəbindən tələbələr xəstəxanaya yerləşdirilib.
Rayon təhsil işçisi Bonface Okoth mətbuata açıqlamasında 95 tələbə ayaqlarının xəstəlik səbəbindən iflic olduğunu və onların əksəriyyətinin yeriyə bilməyəcəyini bildirib. Okoth tələbələrin tibbi yardım üçün xəstəxanaya aparıldığını bildirib.
Ayşən