Kenye Uestin etirafı hər kəsi şok etdi

Kenye Uestin etirafı hər kəsi şok etdi
MAQAZİN
13:18 22.04.2025
148
Dünyaca məşhur repçi Kanye Uestin etirafı xarici mətbuatda böyük səs-küyə səbəb olub.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, adı azyaşlılar ilə qeyri-etik münasibət yaşamaqda tez-tez hallanan repçi yeni mahnısını təqdim edərkən, onu həbsdə olan əmisi oğluna ithafən yazdığını bildirib.
 
Reperin açıqlamasında diqqət çəkən məqam isə 14 yaşı olarkən 6 yaşlı əmisi oğlu ilə münasibətinin olmasını etiraf etməsi olub:
 
"Mənim yeni mahnım "Əmioğlular" adlanır. Çünki bu mahnı hamilə qadını öldürdüyünə görə ömürlük həbs cəzasına məhkum edilmiş əmim oğlu haqqındadır.  Bəlkə də bu, eqoist zamanlarımda 6 yaşında olan bir uşağa uyğunsuz jurnalları göstərməyimin və sonra gördüklərimizi həyata keçirməyimin günahını özümdə gördüyüm üçündür. Bunu vicdanımda hiss etdim. Bəlkə də onun bir cinayətkar olaraq hazırda həbsdə olmasının səbəbkarı mənəm!".
 
Repçinin bu etirfından sonra ona qarşı cinayət işinin açılıb-açılmayacağı ilə bağlı heç bir açıqlama verilməyib.
 
Aysel
OXŞAR XƏBƏRLƏR