Hazırda davam edən "Neftçi" - "Kəpəz" matçında gəncəli fanatlar maraqlı pankart açıb.
AZXEBER.COM xəbər verir ki, azarkeşlər "Oğul sözlərimə yaxşı qulaq as, stadionsuz klub liqada olmaz!" yazılı pankart açıblar.
Qeyd edək, "Kəpəz" klubuna aid stadion qəzalı olduğu üçün komanda növbəti qərara qədər ev oyunlarını Qəbələ şəhər stadionunda keçirəcək.