"Kəpəz"in futbolçusu bıçaqlandı - Vəziyyəti ağırdır

"Kəpəz"in futbolçusu bıçaqlandı - Vəziyyəti ağırdır
İDMAN
09:09 03.02.2026
542
Gəncədə bıçaqlanma hadisəsi baş verib.
 
AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
 
Belə ki, Bakı şəhər sakini, 2002-ci il təvəllüdlü Veysəl Rzayev kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.
 
Əməliyyat edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. Bıçaqlanan şəxs "Kəpəz” futbol klubunun futbolçusudur. O, "Turan Tovuz” futbol kulubundan transfer edilib.
 
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR