“Kəpəz”in sabiq prezidentinin ölüm səbəbi bilindi - FOTO

“Kəpəz”in sabiq prezidentinin ölüm səbəbi bilindi - FOTO
İDMAN
12:42 24.08.2021
1069
Gəncənin "Kəpəz” klubunun sabiq prezidenti Rza Məmmədov vəfat edib.

AZXEBER.COM xəbər verir ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, mərhum ürək çatışmazlığından dünyasını dəyişib.

Məlumatlara görə, o, uzun müddətdir bu xəstəlikdən əziyyət çəkirmiş. R. Məmmədov ürəyindən əməliyyat da olunubmuş.

Qeyd edək ki, Rza Məmmədov 90-cı illərdə kluba rəhbərlik edib. "Kəpəz”i həmin dövr üçün yaxşı maliyyə ilə təmin edən klub prezidentinin dövründə komanda 1997/98 və 1998/99 mövsümlərinin çempionu olub.
 

 


OXŞAR XƏBƏRLƏR