Gənc yazıçı, jurnalist Kəramət Böyükçöl ( Nəcəfov) döyülüb.
AZXEBER.COM-un Qafqazinfo-ya istinadən verdiyi məlumata görə, bu barədə dostu 1986-cı il təvəllüdlü Şamil Paşayev Yasamal rayon 28-ci polis bölməsinə ərizə ilə müraciət edib.
Belə ki, aprelin 11-i gənc yazıçı dostu Ş. Paşayevlə birgə Yasamal rayonunda yerləşən "Port Röyal " kafesində tanımadıqları 10 nəfərə yaxın şəxslə mübahisə edib. Bu zaman Kəramətlə dostunu xuliqanlıq zəminində döyərək xəsarət yetiriblər.
Faktla bağlı polis bölməsində araşdırma aparılır.