Kərim Benzema "Əl-İttihad"dan ayrılır: Verilən vədlərə əməl edilməyib
İDMAN
20:55 29.01.2026
741
Fransalı futbolçu Kərim Benzema Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubundan ayrılmaq üzrədir.
Hücumçu klub rəhbərliyinin ona verdiyi vədlərə əməl etməməsindən narazıdır.
38 yaşlı futbolçu "Əl-İttihad"la yeni müqavilə ilə bağlı danışıqları dayandırıb.
Qeyd edək ki, Kərim Benzema 2023-cü ilin yayından etibarən "Əl-İttihad"ın formasını geyinir. Onun klubla mövcud müqaviləsi bu ilin yayında başa çatacaq.