"Söz sənəti üçün böyük itkidir. Kərim böyük bir məktəb idi. O, el şənliklərində iştirak edəndə, hələ mağarlara daxil olanda hiss edirdim ki, böyük bir dağ, qartal gəlir”.
Bu sözləri meyxanaçı Namiq Məna AZXEBER.COM-a açıqlamasında Kərimin vəfatından danışarkən deyib.
O bildirib ki, Kərim böyük sənətkar idi:
"Kərimlə ortaqlığımız, həmkarlığımız və tərəf müqaviləmiz 30–35 il davam edib. Onun vəfatı haqqında danışmaq çox ağır və çətindir. Kərim böyük sənətkar idi”.
Meyxanaçı qeyd edib ki, istedadlı insanlara qayğı lazımdır:
"İstedadlı insanlara qayğı lazımdır. Çünki onlar kövrək və duyğusal olurlar. Kərimin xarakteri həssas idi. Yaşının elə bir dövrü idi ki, adi söz də ona toxunurdu. El şənliklərində iştiraklarımız, dərdləşmələrimiz kino lenti kimi gözümün önündən keçir”.









































