Kərim Süleymanlının döyülmə iddiasına görə yoxlama aparılır

Kərim Süleymanlının döyülmə iddiasına görə yoxlama aparılır
SOSİAL
09:54 10.06.2020
1983
Yasamal rayonunda Çevik Polis Alayının keçirdiyi əməliyyat zamanı saxlanılan və 15 sutka müddətinə inzibati həbs edilən Kərim Süleymanlının polis tərəfindən döyülməsi iddiaları araşdırılır.

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev AZXEBER.COM-a açıqlamasında bildirib ki, Kərim Süleymanlının polis bölməsində təzyiqə məruz qalması iddiaları ilə bağlı xidməti yoxlama aparılıb.

Qeyd edək ki, K.Süleymanlı məhkəmə qərarı ilə həbs ediləndən 1 gün sonra səhhətindəki problemlərlə bağlı azadlığa buraxılıb. O, mediaya müsahibəsində 29-cu Polis Bölməsində olarkən polis əməkdaşları tərəfindən döyüldüyünü iddia edib.
OXŞAR XƏBƏRLƏR