“Kərim xəsarətləri tabesizlik göstərərkən alıb” - Rəsmi açıqlama

“Kərim xəsarətləri tabesizlik göstərərkən alıb” - Rəsmi açıqlama
SOSİAL
10:20 10.06.2020
2295
İyunun 7-də Yasamal rayonunda gücləndirilmiş karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşlarına zibil torbaları atanlardan biri olan Kərim Süleymanlının polis bölməsində təzyiqə məruz qalması ilə bağlı iddiaları araşdırılıb.

Bu barədə Bakı Şəhər BPİ Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib. 

O bildirib ki, vətəndaşın iddiaları həqiqəti əks etdirmir: 

"O, sifətindəki xırda xəsarətləri polis bölməsində yox, saxlanılarkən polis əməkdaşlarının qanuni tələblərinə zidd olaraq tabesizlik göstərərkən alıb. 

İddialar üzrə hər bir xüsusat tərəfimizdən yoxlanılıb, onun polis əməkdaşları tərəfindən döyülməsi faktı təsdiqini tapmayıb. İddiaları qəti şəkildə təkzib edirik”.

Qeyd edək ki, K.Süleymanlı dünən sosial şəbəkə vasitəsilə məlumat yayaraq, polis bölməsində beş saat döyüldüyünü iddia edib. 
OXŞAR XƏBƏRLƏR