Türkiyənin məşhur sosial şəbəkə fenomeni Kerimcan Durmaz meşə yanğınlarından zərər görən şəxslərə maddi yardım göndərib.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə AHBAP dərnəyinin təsisçisi Haluk Levent məlumat yayıb.
Haluk Levent sosial şəbəkə hesabında status paylaşaraq Kerimcana öz təşəkkürlərini bildirib.
Qeyd edək ki, Türkiyədə davam edən meşə yanğınlarına məşhur aktyor Kıvanç Tatlıtuğ və həyat yoldaşı, "TV8” telekanalının təsisçisi Acun Ilıcalı da maddi yardım göndərmişdi.
Mikayıl Mirzəzadə