Meyxanaçı Samirə Yusifova "Rəngarəng" verilişində qalmaqallı açıqlamalar edib.
AZXEBER.COM xəbər verir ki, müğənni bir çox sənət dostunun toylarda oxumağı məhz ondan öyrəndiyini iddia edib.
İddia etməklə qalmayan sənətçi, ad da çəkib:
"Mənim toy oxumağı öyrətdiyim tələbələrim bu gün hamısı məşhur müğənnilərdir. Müğənni Kərim toylara mənim yanımda gedib, bütün sirrləri məndən öyrənib. Bir müğənni də Əlikram Bayramovdur. Onlar məndən toy aparmağı, hansı mahnıdan sonra nəyi oxumaq lazım olduğunu öyrəniblər. İkisinin də dəftəri var idi, məndən öyrənib dəftərə yazırdılar. Kərim nisə Qasımovanın da tələbəsi olub amma toy repertuarını məndən öyrənib, bizə evə gəlib mənimlə məşqlər edirdi".
Aysel