Laçın MəmişovBalaban...qəm, nisgil, həsrət, bütün dərdi bəlamarımızı öz ecazkar səsi ilə gözümüzün önündə xəyal fənəri kimi canlandırıb işıqlandıran bir sirli dünya. Elə bir dünyadır ki, o dünyanı bəzən özlüyümdə ruhlar dünyasına bənzədirəm. Ruhu olmayan o qəm diyarına gedən karvanda əsla yolçu ola bilməz. Ordan gələn səslər daima qulağımda səslənir, bəzən məni uşaq qədər kövrək, bəzən məzluma Musa, bəzənsə zalimə Əli edir. Dünya çaş baş qalıb, əslində bizə məxsus olan bu sirli alət kmiə məxsusdur ? Vartana ya Xeybərə ? Əlixan Səmədovla söhbətlərimizin birini xatırladım. O qeyd etdi ki, Türkiyəyə yeni getdiyində hamı "Duduk" deyib dad edirdi. Bu məni çox əsəbləşdirirdi. Amma bir müddət keçdi uzun və əzab əziyyətli yollardan keçəm bahasına Balaban sözünün hansı məna kəsb etdiyini qismən də olsa dünyaya anlada bildim...Doğurdan da Əlixan Səmədovun milli musiqimiz üçün xidmətləri olduqca böyükdür. Daha sonra isə dünya arenası Şirzad Fətəliyevin kamera orkestrinin müşayəti ilə "Sarı gəlin", "Sən gəlməz oldun", "Şur" və s ifalarını dinlədikdən sonra kəsinliklə əmin oldular ki, bu Azərbaycan xalqının musiqi alətidir. Hətta səmərqənddə 2011-ci ildə keçirilərn "Şərq təranələri" musiqi festifalında dünyanı barmağına sarıyan lənətullah Cevan Qasparyan Şirzadla bir səhnəyə çıxmaqdan imtina etdi. Çünki Cevan gözəl bilirdi ki, Şirzadın damarlarından "Rəqs" alı Balaban havasının müəllifi Ustad Balabançı Nizan Fətəliyevin qanı axır. Nizan Fətəliyev isə "Heyvagülü" və "Koroğlu nağarası" havalarının müəllifi, 1918-ci ildə Həbib Əfəndinin təkidi ilə Azərbaycana gəlmiş Nuri Paşanın Komandanlıq etdiyi Qafqaz İslam Ordusunu Ağsu dolaylalrında qarşılayıb "Cəngi" sədaları ilə ordunun önündə gedən Ustad Balabançı Əli Kərimov el arasında Əli Dədə kimi tanınan böyük şəxsiyyətin davamçısı idi. Bir sözlə Cevan yaxşı bilirdi ki, onun Şirzadla Balaban ifası ilə bir səhnə paylaşmağa haqqı yoxdur. Qarabağ savaşımızı hələ ki, sülh yolu ilə nizamlamağı düşündüyümüz halda, digər bir yolla da "müharibə" davam edir. Bu müharibə "Sarı gəlin" və Balaban müstəvisəndə heç bir atəşkəs rejimi olmadan davam edir. Ermənilər bir vaxtlar Azərbaycanda yaşadıqları müddətdə Balabanın ərik ağacından hazırlandığını öyrəndilər. Daha sonra onu necə hazırlamağın sirrlərinə yiyələndilər. Sonra isə bəlli oldu ki, tək ərik ağacı ilə iş bitmir. Balabana qarğı lazımdır, o qarğı ki, həmin sirli səsi yaradır. Həmin sirli səsi isə tam dolğun formada Gəncə və Göranboyda bitən qamışdan başqa heç bir qamış vermir. Ermənilər məlum 1988-ci il hadisələrindən sonra itib getdilər. Gedəndə özləri ilə Balaban hazırlamaq üçün dəzgahlarını və aləti hazırlamağın bütün sirrlərini də oğurlayıb apardılar. Lakin apara bilmədikləri bir şey qaldı. Azərbaycan musiqisini duya bilən ürək və Goranboy, Gəncə qarğısı...