Keşiş adam əti yedi

Keşiş adam əti yedi
DÜNYA
10:13 13.02.2014
1111
Nigeriya polisi insan ətindən yemək hazırlayan restoranı bağlayıb.
Həmçinin Anambra ştatında aparılmış axtarış nəticəsində polislər 11 nəfəri, o cümlədən restoranın sahibini tutublar.Restoranda iki AK-47 avtomatı və başqa silahlar, onlarla patron, bir neçə mobil telefon, həmçinin polietilenə bükülmüş iki insan başı tapıblar. Qızardılmış insan başları, həm də menyuda varmış.Polisə restoranda insan əti verildiyini yerli keşiş xəbər verib. Onun sözlərinə görə, restoranda yemək yedikdən sonra ona çox böyük hesab gətiriblər. Keşiş restoranın işçisindən hesabın niyə belə böyük olduğunu soruşub. Ona insan əti yediyini bildiriblər.“Mən şokda idim”,- deyə keşiş bildirib.
OXŞAR XƏBƏRLƏR