Keşişin məşuqəsi ilə görüntüləri Vatikanı qəzəbləndirdi

Keşişin məşuqəsi ilə görüntüləri Vatikanı qəzəbləndirdi
13:17 21.06.2012
2355
Argentinalı katolik keşiş bikinidəki qadınla çimərlikdə əylənib, kefdə-damaqda olub.
Bu hadisənin əks olunduğu fotolar medianın əlinə keçəndən sonra Vatikan sinirlənib. Roma Katolik Kilsəsinin ali ierarxları bu eşqbaz keşişi cəzalandırmağı düşünürlər.Argentinalı keşiş Fernando Bariya Barqalyo çimərlikdə yarıçılpaq qadınla əyləncəsi ilə bağlı suallara cavab vermək istəmir.59 yaşlı keşişin Meksikadakı Puerto-Valyarto kurortunda bu qadınla nə etməsi barədə rəsmi sorğuya isə o, bildirib ki, "həmin qadın yaxın və köhnə dostu" imiş, vəssəlam."O qadın dostumdur və barəmdə deyilən şayiələri qətiyyətlə rədd edirəm. Bütün bunlar böhtandır, çünki o qadın, sadəcə, dostumdur", - Barqalyo söyləyib.Vatikan isə keşişin dediklərinə inanmayıb və araşdırmaya başlayıb.Katolik kilsəsində keşişlərin qadınlarla təmasları və xüsusilə də yaxın münasibətlərdə olması qəti qadağandır. Katolik keşişlər kilsədə fəaliyyətə başlayanda "selibat", yəni "bakirlik" andı içirlər.Buenos-Ayresdəki Merlo-Moreno yeparxiyasının bu arvadbaz keşişinin taleyinin necə olacağı isə hələ bəlli deyil.
milli.az
OXŞAR XƏBƏRLƏR