Kəskin isti gözlənilir: 42 dərəcə - XƏBƏRDARLIQ

Kəskin isti gözlənilir: 42 dərəcə - XƏBƏRDARLIQ
SOSİAL
12:30 18.07.2017
948
 
Sabah ölkə ərazisində kəskin istilər gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi bununla bağlı xəbərdarlıq edib.
  
Sabah Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq, şərq, cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə  22-25° isti, gündüz  34-39° isti,
Bakıda gecə  23-25° isti, gündüz  37-39° isti olacağı gözlənilir.
 
İyulun 19-dan 23-dək Bakıda və Abşeron yarımadasında havanın maksimal temperaturunun 34-38°, bəzi yerlərdə  40° isti olacağı gözlənilir.
 
Tibbi-meteoroloji xəbərdarlığa əsasən, iyulun 19-dan 23-dək Abşeron yarımadasında zəif küləklərin üstünlüyü və arabir durğun hava şəraiti fonunda isti temperatur diskomfortu gözlənilir ki, bu da əksər əhali üçün əlverişsizdir. Uzun müddət günəş altında olmaq məsləhət deyil.
 
Rayonlarda isə hava yağmursuz keçəcək, şərq küləyi əsəcək. Havanın temperaturu gecə  20-25° isti, gündüz  35-40° isti, dağlarda gecə 15-20° isti, gündüz 25-30° isti olacağı gözlənilir. 
 
İyulun 19-dan 23-dək ölkə ərazisində hava şəraitinin isti olacağı gözlənilir.  Havanın maksimal temperaturu 35-40°, Naxçıvan MR-nın və Mərkəzi-Aran rayonlarının 
bəzi yerlərində 42°, dağlıq rayonlarda isə 28-33° isti olacaq. 

///Lent.az
OXŞAR XƏBƏRLƏR