Xəbər verdiyimiz kimi, Sezar Meza Kolli "Universitatya" ilə olan müqaviləsini qarşılıqlı razılaşma ilə ləğv edib.
AzxeberSport xəbər verir ki, bu barədə məlumatı Rumıniyanın "Prosport.ro" saytı yayıb.
İnformasiyada futbolçunun "Keşlə"yə keçəcəyi bildirilib.
AzxeberSport-un klubdan əldə etdiyi məlumata görə, yarımmüdafiəçi paytaxt təmsilçisinə transfer olunmayacaq.
Klub pleymeyker mövqeyinə Cavid İmamverdiyev və Alvaro Tabaresin alındığını əsas gətirərək onun transferinə ehtiyac görməyib.
Yunis Hüseynov həm sağ cinahda vinqer, həm də pleymeyker kimi çıxış edən braziliyalını Meza Kollidən daha üstün tutub.