Keşlədə qatarın vurduğu qadının kimliyi məlum oldu - TƏFƏRRÜAT

Keşlədə qatarın vurduğu qadının kimliyi məlum oldu - TƏFƏRRÜAT
SOSİAL
11:41 02.10.2019
4020
Keşlə qəsəbəsi, "Çerment körpüsü" kimi tanınan ərazidə qatar 32 yaşlı qadını vurub.

AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, vurulan qadın 1986-cı il təvəllüdlü Rəhimova Tacirə Vidadi qızıdır.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, qadın açıq kəllə-beyin travması ilə ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib.

Xəstəxanadan verilən məlumata görə, yaralının vəziyyəti kritikdir.

Bu gün səhər saatlarında Keşlə stansiyasında bədbəxt hadisə baş verib.

Hadisə saat 08:23-də qeydə alınıb.

"Azərbaycan Dəmir Yolları" QSC-dən Trend-ə bildirilib ki, Bakı-Sumqayıt elektrik qatarı Keşlə stansiyasında (2653-cü km-də) hərəkətdə olarkən, Tacirə Vidadi qızı Rəhimova müəyyən olmayan yerdən dəmir yolu xəttini keçmək istəyib. Maşinist briqadası dərhal səs siqnalları verərək təcili tormozlama aparıb. Amma məsafə yaxın olduğundan hadisənin qarşısını almaq mümkün olmayıb. Nəticədə qadın qatarın yan hissəsinə toxunaraq müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Hadisə yerinə dərhal təcili tibbi yardım briqadası çağrılıb və yaralı 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR