Hindistanın idarə etdiyi Kəşmirdə 10 ildən sonra ilk parlament seçkiləri üçün səsvermə başlayıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, 3 mərhələdə keçiriləcək parlament seçkilərinin birinci mərhələsi bu gündən başlayıb.
Parlamentdə 90 yerə 8,7 milyondan çox seçici səs verəcək. Seçkilərdə 46 və daha çox mandat qazanan partiya çoxluğa sahib olacaq.
Qeyd edək ki, bölgədə ən son seçkilər 10 il əvvəl olub.