Kevin Durant əfsanəvi basketbolçuların uğurunu təkrarlayıb

Kevin Durant əfsanəvi basketbolçuların uğurunu təkrarlayıb
İDMAN
19:11 05.11.2024
329
ABŞ millisinin və "Finiks” komandasının məşhur basketbolçusu Kevin Durant dörd əfsanəvi oyunçunun uğurunu təkrarlayıb.

36 yaşlı idmançı buna "Filadelfiya”ya qalib gəldikləri (118:116) qarşılaşmada nail olub.

O, görüşdə 35 xalla yadda qalıb. Beləliklə, Durantın karyerasında ən azı 25 xal topladığı matçların sayı 700 olub.

Daha əvvəl Lebron Ceyms (940), Karim Abdul-Cabbar (793), Karl Meloun (789) və Maykl Cordan (769) bu rəqəmə çata bilib.
OXŞAR XƏBƏRLƏR