Keyt Middletonun dövlət tədbirlərinə qatılmayacağı açıqlandı

Keyt Middletonun dövlət tədbirlərinə qatılmayacağı açıqlandı
DÜNYA
11:30 31.05.2024
118
Bir müddətdir xərçənglə mübarizə aparan Uels şahzadəsi Keyt Middleton iyun ayında keçiriləcək "Trooping the Colour"a qatılmayacaq.
 
AZXEBER.COM xəbər verir ki, şahzadənin tədbirlərdə iştirak etməyəcəyi xəbəri saraydan da təsdiqlənib.
 
Saray rəsmiləri verdiyi açıqlamada Keytin kimyaterapiya müalicəsini davam etdirdiyi üçün tədirdə iştirak etməyəcəyini təsdiqləyiblər.
 
75 yaşlı Çarlz paradda Kamilla ilə birlikdə avtomobilindən əsgərləri salamlayacaq. Onun da xərçəng müalicəsi aldığı üçün bu dəyişikliyin həkim məsləhəti ilə edildiyi bildirilib.
 
Keyt kimyaterapiya müalicəsi keçərkən evdə dincəlməyə davam edəcək və həkimlər icazə verdikdə o dövlət əhəmiyyətli tədbirlərdə iştirak edə biləcək.
 
Aysel
OXŞAR XƏBƏRLƏR