KFC-də özbaşınalıq: Uşaqlar zəhərləndi

KFC-də özbaşınalıq: Uşaqlar zəhərləndi
SOSİAL
01:12 20.09.2016
1155
"KFC-də zəhərlənən uşaqlarla bağlı apardığımız araşdırmaların nəticələrini Azərbaycan Dəmir Yolu QSC-yə göndərmişik". Bu sözləri açıqlamasında Respublika Gigiyena və Epidemologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev bildiridi.
 
Onun sözlərinə görə, KFC restoranın yerləşdiyi ərazi Dəmir Yolu ASC-nin ərazisi olduğu üçün orada yoxlama aparmaq səlahiyyətləri yoxdur. Dəmir Yolu ACS-yə artıq müraciət emişik.
 
Dəmir Yolunun müvafiq qurumu tədbirlər görməlidir". İmran Abdullayev KFC-də zəhərlənən uşaqların səhhətinin yaxşılığa doğru irəlilədiyini də sözlərinə əlavə etdi: "Zəhərlənən uşaqlardan birinin valideyni bizə müraciət edərək, uşaqların məhz KFC-də qidalanandan sonra zəhərləndiyini deyib. Sentyabrın 14-də 3 uşaq - Mirzəzadə Rəfael (4 yaş), Elgün Həsənzadə (10 yaş), Mövlanə Bayramlı (7 yaş) Nəsimi rayonu ərazisində yerləşən KFC-də qidalanıblar. Onlar ishal və qusma ilə sentyabrın 15-də 1 nömrəli infeksion xəstəliklər şöbəsinə yerləşdiriliblər.
 
Rəfael Mirzəzadəyə qastroenterit diaqnozu qoyulub. Onun mədəsi yuyulub və xəstəxanada saxlanılıb. Digər uşaqların ailələri isə xəstəxanada saxlanmasını istəməyiblər. Lakin ayın 17-də digər iki uşağın da vəziyyəti pisləşib və onlar təkrar xəstəxanaya yerləşdirilib. Xəstələrin qusma və ishal nümunələrindən aparılan laborator müayinələr nəticəsində klipsella bakteriyaları aşkarlanıb. Hazırda uşaqlar xəstəxanadadır". İ.Abdullayev onu da vurğuladı ki, bu bakteriya qidadan keçir və onun aşkarlanması uşaqların məhz qidadan zəhərləndiyini sübut edir: "Eyni qidadan 100 nəfər yesin, ancaq onlardan bir neçəsi zəhərlənsin. Bir nəfər zəhərlənsəydi, bu zaman qida faktorunu inkar etmək olardı. Lakin 3 nəfər eyni vaxtda, eyni qidanı qəbul edirsə, onlarda bu bakteriya aşkarlanırsa, bu, həmin şəxslərin məhz qidadan zəhərləndiyini göstərir".
 
Qeyd edək ki, xəbər mətbuatda yayılan gün KFC şirkətindən verilən məlumatda fakt təsdiqlənmiş və araşdırılıb məlumat yayılacağı deyilmişdi. Daha sonra restoran rəhbərliyi məsuliyyəti üzərindən atmağa başlayıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Mask “X”-də yaranan nasazlıqdan sonra öz şirkətlərinə fokuslanmaq qərarına gəlib
06:46 25.05.2025
Mask “X”-də yaranan nasazlıqdan sonra öz şirkətlərinə fokuslanmaq qərarına gəlib
Tramp: ABŞ Rusiya-Ukrayna müharibəsində dronlardan istifadə təcrübəsini öyrənir
03:26 25.05.2025
Tramp: ABŞ Rusiya-Ukrayna müharibəsində dronlardan istifadə təcrübəsini öyrənir
ABŞ-nin xüsusi nümayəndəsi Suriya Prezidenti ilə görüşüb
03:15 25.05.2025
ABŞ-nin xüsusi nümayəndəsi Suriya Prezidenti ilə görüşüb
KİV: İsrail Ordusu bütün quru və tank qoşunlarını Qəzzaya yerləşdirib
01:24 25.05.2025
KİV: İsrail Ordusu bütün quru və tank qoşunlarını Qəzzaya yerləşdirib
Sibel Can ərə getməsi xəbərini təkzib edib
00:11 25.05.2025
Sibel Can ərə getməsi xəbərini təkzib edib
Zelenski: Əsir mübadiləsinin üçüncü mərhələsi mayın 25-də baş tutacaq
23:40 24.05.2025
Zelenski: Əsir mübadiləsinin üçüncü mərhələsi mayın 25-də baş tutacaq
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında dördüncü günün yekunu
23:30 24.05.2025
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında dördüncü günün yekunu
Azərbaycan əsilli İran rejissoru "Qızıl Palma budağı"na layiq görülüb
23:08 24.05.2025
Azərbaycan əsilli İran rejissoru "Qızıl Palma budağı"na layiq görülüb
Fransada elektrik şəbəkəsinin təxribatı ilə bağlı təhqiqat başlayıb
22:47 24.05.2025
Fransada elektrik şəbəkəsinin təxribatı ilə bağlı təhqiqat başlayıb
Zabrat 2 - Sabunçu sahəsində qatarın qarşısına qəfil çıxan şəxs xəsarət alıb
22:23 24.05.2025
Zabrat 2 - Sabunçu sahəsində qatarın qarşısına qəfil çıxan şəxs xəsarət alıb
Azərbaycanda DƏHŞƏT: Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ
22:15 24.05.2025
Azərbaycanda DƏHŞƏT: Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ
Ermənistanda onlarla vəzifəli şəxs barədə cinayət işləri məhkəməyə göndərilib
21:52 24.05.2025
Ermənistanda onlarla vəzifəli şəxs barədə cinayət işləri məhkəməyə göndərilib
Premyer Liqa: "Sabah" mövsümdəki son oyununda "Neftçi"yə qalib gəlib
21:27 24.05.2025
Premyer Liqa: "Sabah" mövsümdəki son oyununda "Neftçi"yə qalib gəlib
Ermənistanda dövlət xidmətinin əməkdaşı 590 min dollar oğurluğuna görə həbs edilib
20:59 24.05.2025
Ermənistanda dövlət xidmətinin əməkdaşı 590 min dollar oğurluğuna görə həbs edilib
"Krasnodar" futbol klubu ilk dəfə Rusiya çempionu olub
20:47 24.05.2025
"Krasnodar" futbol klubu ilk dəfə Rusiya çempionu olub
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı olub
20:34 24.05.2025
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı olub