Köhnə sevgilisini dostunun yanında gördü və ...

DÜNYA
16:03 13.10.2014
2905
Türkiyənin Kocaeli şəhərində dəhşətli qətl hadisəsi baş verib.28 yaşlı Fatih Selamet köhnə sevgilisini dostlarnın yanında görən zaman qısqançlıq krizi keçirib. O, 23 yaşlı dostu Uğur Akarın boğazını kəsərək, küçənin ortasında qətlə yetirib. Belə ki, F.Selamet köhnə sevgilisi olan 17 yaşlı M.M-i oktyabrın 12-də nişan mərasimində öz dostları ilə birgə görüb. O, daha sonra köhnə sevgilisinin yanında gördüyü dostlarına zəng edərək onları həyətə çağırıb. Dostları gələn zaman F.Selamet əlindəki bıçaqla Uğur Akarın boğazını kəsib. Qanlar içərisində qalan U.Akar, elə yerindəcə həyatını itirib. Hadisədən dərhal sonra Gebze Polis İdarəsi, Fatih Selameti Bolqarıstana qaçmaq istəyərkən tutub.
OXŞAR XƏBƏRLƏR