Köhnə telefonlar niyə öz-özünə tətbiqlərə girir? – Səbəbi bu ola bilər

Köhnə telefonlar niyə öz-özünə tətbiqlərə girir? – Səbəbi bu ola bilər
MARAQLI
15:01 19.08.2026
183
Telefon istifadə müddəti artdıqca bəzi cihazlarda ekranın öz-özünə toxunmaları qeydə alması və müxtəlif tətbiqlərin açılması kimi problemlər ortaya çıxa bilər.

AZXEBER.COM xəbər verir ki, mütəxəssislərə görə, bunun əsas səbəblərindən biri ekranın sensor hissəsinin köhnəlməsi və ya zədələnməsidir. Bu zaman telefon istifadəçinin toxunuşu olmadan ekranda müxtəlif əməliyyatlar həyata keçirə bilər. Xüsusilə "ghost touch” adlandırılan problem cihazın müxtəlif hissələrinə öz-özünə toxunulmuş kimi reaksiya verməsinə səbəb olur.

Bundan başqa, ekranın nəmlənməsi, fiziki zədələnməsi, keyfiyyətsiz şarj cihazından istifadə və proqram təminatındakı nasazlıqlar da bu problemin yaranmasına səbəb ola bilər.

Telefonun batareyasının köhnəlməsi də diqqət tələb edən məqamlardandır. Batareya şişərsə, ekrana təzyiq göstərə və sensorun düzgün işləməsinə mane ola bilər.

Belə problem tez-tez təkrarlanırsa, telefonu yenidən başlatmaq, başqa şarj cihazı ilə yoxlamaq və problem davam edərsə, cihazı servisə göstərmək tövsiyə olunur.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR