Kişilər buna görə qadınlara nifrət edir...

MARAQLI
21:26 16.02.2011
2169


1- Dedi-qodu:: Kişilər adətən başqaları haqqında danışan xanımları bəyənmirlər. Özlərini belə xanımların yanında rahat hiss etmədiklərindən, bu davranışı tamamilə lazımsız hesab edirlər.

2- Həddindən artıq qısqanclıq: Hər şeydə olduğu kimi qısqanclığın da həddindən artıq olması kişini evdən soyumasına səbəb olan əsas amildir. Allahın insana bəxş etdiyi hər bir duyğu, yerində və lazım gəldikdə yaşandığında həyat daha maraqlı və gözəl olur.

3- Özünə etibarsızlıq: Bəzi xanımlar yanlarında həyat yoldaşları olmadan heç bir şey görə bilmirlər. Davamlı olaraq həyat yoldaşlarından asılı olurlar. Öz xarakterlərini müəyyən edə bilməyən bu cür xanımlar, həyat yoldaşları üzərində ağır bir yük kimi görünürlər.

4- Səs-küy: Tez-tez tənqid edən və heç bir şeyi bəyənməyən xanımlar da kişiləri canından bezdirirər.

5- Dərd-sər: Tez-tez dərdindən bəhs edən xanımlar qarşılarındakı kişini yorarlar. Çünki kişi, həyat yoldaşının problemini mütləq özünün həll etməsi lazım olurmuş kimi bir hissə qapılır. Eyni mövzunun dəfələrlə açılması həyat yoldaşınızı bezdirər.

6- Mənasız söhbətlər: Bərbərinin nə dediyindən, yoldaşının nə geydiyindən və s. lazımsız mövzulardan davamlı olaraq bəhs etmək kişini psixoloji cəhətdən çox sıxan bir vəziyyətdir. Unutmayın, kişilər və xanımlar tam fərqli varlıqlardır. Kişilər bu tip məsələlərə əhəmiyyət verməzlər.

7- Gözlətmək:  Bildiyimiz kimi ən məşhur qadın xəstəliklərindən biri də gözlətməkdir. Bu hərəkət, kişilərin ən nifrət etdikləri məsələlərdən birincisidir./// fakto.info

 

OXŞAR XƏBƏRLƏR