Kişilər qadınlarda ən çox nəyi bəyənirlər?

MARAQLI
09:23 14.07.2011
2774

Onların fikrincə, qırmızı geyinən qadınlar kişiləri daha çox cəlb edir. Onlar bu rəngdə geyinən qadınların kişilər tərəfindən görüş təklifi alma ehtimalının daha yüksək olduğunu düşünürlər. Bunu müəyyən etmək üçün kiçik sorğu keçirilib. Kişilərə o qədər də gözəl olmayan qadınların müxtəlif rəngli çərcivələrdə olan şəkilləri göstərilib. Kişilərdən onlarla münasibət yaşayıb yaşamaq istəməyəcəklərini müəyyən dərəcələr üzrə seçmək tələb edilib. Təcrübə nəticəsində qırmızı çərçivədə olan qadınların kişilər tərəindən digərləri ilə müqayisədə daha çox üstünlük verildiyi aydın olub. 

Eyni təcrübə rəngli paltarlar geyinən qadınlarla da aparılıb və nəticə dəyişilməz qalıb. Güclü cinsin nümayəndələri bu zaman da o qədər də yaraşıqlı olmayan xanımlar arasında qırmızı geyinənlərə üstünlük veriblər.

Mütəxəssislərin sözlərinə görə, belə nəticələrə səbəb rəngin təsiridir. Belə ki, kişilər qırmızının şəhvət, bağlılıq, sevgi rəngi olduğunu düşünürlər.

OXŞAR XƏBƏRLƏR