Türkiyənin məşhur müğənnisi Kibariyə "Sipark İnşaat” şirkətində qonaq olub.
AZXEBER.COM xəbər verir ki, paytaxtımızın qonağı olan məşhur müğənni həyat yodaşı ilə birlikdə "Sipark”ın baş ofisində qonaq olublar. Bakıya tez-tez gelən müğənni ev amaq istəyini dilə gətirib.
"Azərbaycanı çox sevirəm. Tez-tez Bakıya gəlirəm. Burada çoxlu dostum var. İnsanlar çox istiqanlıdır, səni əllərinin üstündə tuturlar. Sevgi və yaxınlıq istəyirəm. Mənim üçün insanlıq çox önəmlidir. Qızımı evləndirmişəm. Əsas vəzifəmi yerinə yetirmişəm. Türkiyədə görüləcək çox işim yoxdur. Bizim məşhurlar müxtəlif yerlərdə evlər alıb, gələcəyə yatırım edir. Bu gözəl haldır. Mən də sakitlik üçün köçüb Bakıda yaşamaq istəyirəm”.
Kibariyə daha sonra ev seçərkən sevdiyi özəllikləri bildirib.
"Mənim bütün evlərim dənizə baxır, gözəl mənzərəsi var. 33-cü mərtəbədə yaşayıram. Hündürlük qorxum yoxdur. Allah hər yerdə insanın canını alır. Ona görə qorxmuram. Nadir hallarda təkliyə çəkilərəm. Evimdə ən çox qonaq otağını sevirəm. Evlərin geniş, aydın və keyfiyyətli olması mənim üçün vacibdir. Bakıda evlər daha münasib qiymətədir. "Sipark İnşaat” Şirkətinin Türkiyədə də tikdiyi binaları görmüşəm, keyfiyyətinə bələdəm. Ona görə də "Sipark İnşaat” Şirkətindən ev alıb, köçüb Bakıda yaşayacağam”.
Daha sonra müğənni "Sipark” kollektivi ilə xatirə şəkilləri çəkdirib.