Kiberpolisdən əməliyyat - 150-dən artıq profilə müdaxilə edən haker saxlanıldı

Kiberpolisdən əməliyyat - 150-dən artıq profilə müdaxilə edən haker saxlanıldı
SOSİAL
13:03 14.01.2026
489
Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə (KMBİ) sosial şəbəkələrdə müxtəlif şəxslərin profillərinin oxşarını yaradaraq onların dostluğunda olan vətəndaşlara banklar adından həqiqətə uyğun olmayan informasiyalar göndərilməsi və bu yolla çoxsaylı onlayn dələduzluqlar edilməsi barədə məlumatlar daxil olub.

AZXEBER.COM xəbər verir ki, həyata keçirilən əməliyyat-texniki tədbirlərlə qeyd edilən qanunsuz əməlləri törətməkdə şübhəli bilinən əvvəllər dəfələrlə məhkum olunmuş 23 yaşlı Zaur Teymurxanov kiberpolis tərəfindən saxlanılıb.

Araşdırmalarla müəyyən edilib ki, Z.Teymurxanov sosial şəbəkələrdə istifadəçilərin profil şəkillərini əldə edərək onların adlarına oxşar saxta hesablar yaradıb. Daha sonra həmin şəxslərin dost siyahısında olan istifadəçilərə yazaraq guya "bank kampaniyalarının keçirildiyi, yüksək məbləğdə pul mükafatı qazanmaq imkanı olduğu və kampaniyanın başa çatmasına az vaxt qaldığı” barədə mesajlar göndərməklə onların kart məlumatlarını əldə edib. Zərərçəkən şəxslər məlumatları və telefonlarına göndərilmiş "OTP” təhlükəsizlik kodlarını təqdim etdikdən sonra kartlardakı vəsait Z.Teymurxanov tərəfindən ələ keçirilib. O, sonradan şəxsiyyətini gizlətmək üçün taladığı pulları xarici onlayn alış-veriş resursları və elektron platformalara yönləndirib. Araşdırmalarla Z.Teymurxanovun 150-yə yaxın vətəndaşa maddi ziyan vurduğu məlum olub.

Faktla bağlı Baş İdarədə cinayət işi başlanılıb, Z.Teymurxanov istintaqa cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Vətəndaşlara bir daha müraciət edərək bildiririk ki, bank əməkdaşları və ya digər qurumlar tərəfindən heç bir halda kart məlumatları, "PIN, "OTP” və bu kimi digər təhlükəsizlik kodları tələb edilmir. Belə müraciətlərlə qarşılaşan şəxslərə dərhal əlaqəni dayandırmaq, mesajları cavabsız saxlamaq və polisə məlumat vermək tövsiyə olunur.
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiyadan Telegram və Google-yə zərbə: Milyonlarla rubl cərimə
15:20 12.08.2026
Rusiyadan Telegram və Google-yə zərbə: Milyonlarla rubl cərimə
Azərbaycanda işsizlərin sayı niyə artır? - İqtisadçı səbəbləri açıqladı
15:05 12.08.2026
Azərbaycanda işsizlərin sayı niyə artır? - İqtisadçı səbəbləri açıqladı
Azərbaycanda bu şəxslərin gecə saatlarında işləməsi qadağandır
15:02 12.08.2026
Azərbaycanda bu şəxslərin gecə saatlarında işləməsi qadağandır
Radarların əsl məqsədi nədir? - Cərimələmək yoxsa sürücülərin təhlükəsizliyi…
14:58 12.08.2026
Radarların əsl məqsədi nədir? - Cərimələmək yoxsa sürücülərin təhlükəsizliyi…
Dünya Çempionatına buraxılmamışdı, UEFA Superkubokunu idarə edəcək
14:57 12.08.2026
Dünya Çempionatına buraxılmamışdı, UEFA Superkubokunu idarə edəcək
Zelenski: Ukrayna ordusu Novorossiyskdə Rusiya hərbi-dəniz bazasına zərbə endirib
14:46 12.08.2026
Zelenski: Ukrayna ordusu Novorossiyskdə Rusiya hərbi-dəniz bazasına zərbə endirib
Qarabağ Universitetində yeni mərhələ: Təhsil imkanları genişlənir
14:35 12.08.2026
Qarabağ Universitetində yeni mərhələ: Təhsil imkanları genişlənir
İngiltərədə rekord istilər iqtisadiyyata milyardlarla zərər vurur
14:33 12.08.2026
İngiltərədə rekord istilər iqtisadiyyata milyardlarla zərər vurur
Ev təmiri və digər ehtiyacların üçün Yelo-dan sərfəli kredit fürsəti!
14:28 12.08.2026
Ev təmiri və digər ehtiyacların üçün Yelo-dan sərfəli kredit fürsəti!
"Sabah"a tarixi uğur qazandıran baş məşqçi - Valdas Dambrauskas kimdir?
14:23 12.08.2026
"Sabah"a tarixi uğur qazandıran baş məşqçi - Valdas Dambrauskas kimdir?
Qurban Qurbanov: Hər şey yoluna düşəcək
14:21 12.08.2026
Qurban Qurbanov: Hər şey yoluna düşəcək
Özünü öldürmə həddinə çatdırma maddəsi ilə iş açıldı - Meşədə meyitləri tapılanlarla bağlı
14:20 12.08.2026
Özünü öldürmə həddinə çatdırma maddəsi ilə iş açıldı - Meşədə meyitləri tapılanlarla bağlı
Dünən dənizdə batan “Krosna”nın solisti imiş
14:16 12.08.2026
Dünən dənizdə batan “Krosna”nın solisti imiş
Dörd rayonda yanğın törədənlər saxlanıldı
13:51 12.08.2026
Dörd rayonda yanğın törədənlər saxlanıldı
Çempionlar Liqası:"Hapoel" - "Sabah" oyununun başlama vaxtı və yeri açıqladı
13:44 12.08.2026
Çempionlar Liqası:"Hapoel" - "Sabah" oyununun başlama vaxtı və yeri açıqladı
Ukrayna NATO-dan kömək istədi: Təhlükə getdikcə artır
13:33 12.08.2026
Ukrayna NATO-dan kömək istədi: Təhlükə getdikcə artır