Kiçik bizneslə məşğul olanlara şad xəbər

İQTİSADİYYAT
11:20 28.01.2015
2067
Artıq girov kimi daşınar əmlakdan da istifadə etmək mümkün olacaq. Buna Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının Dünya bankı ilə əməkdaşlığı imkan yaradcaq. 
Ölkədə kreditlərin çoxu torpaq və digər daşınmaz əmlak təyinatı əsasında verilir. Bu da girov qoymağa daşınmaz əmlakı olmayan kiçik bizneslər üçün çətinliklər yaradır.
AZXEBER.COM İnformator.az-a istinadən xəbər verir ki, Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayevin sözlərinə görə, bəzən mailiyyə mübahisələri olur, istehlakçılar çətinliyə düşürlər. Bunu aradan qaldırmaq üçün beynəlxalq təcrübədən istifadə olunacaq. Xarici ekspertlər yeni mexanizmlərin yaradılmasını təklif edirlər. Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının Dünya bankı ilə əməkdaşlığı çərçivəsində yeni mexanizmlərin işə salınması nəzərdə tutulur. Məqsəd beynəlxalq təcrübəni əsas tutaraq maliyyə təşkilatlarına hansı üsulla işləməyi öyrətməkdir.
Dünya Bankının nümayəndəsi Qaman Saleem bu təşəbbüsün maliyyə təşkilatlarından alınan kreditlər üçün girov olaraq maşın, məhsul ehtiyatları, dövriyyədəki mallar kimi daşınar əmlakdan istifadəyə imkan verəcəyini bildirib.

OXŞAR XƏBƏRLƏR