"Azərbaycan az ölkələr sırasındadır ki, ölkədə çoxçeşidli vaksinlrə mövcuddur”.
Bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının (PA) İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın avqustun 20-də keçirilən brifinqində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu gün üçün ölkənin kifayət qədər vaksin ehtiyatı var: "Bununla bağlı hər hansı bir sıxıntımız da yoxdur”.