Kilian Mbappe 2024-cü ildə PSJ-dən ayrılacaq

İDMAN
18:34 24.05.2023
209
Fransa millisinin ulduz futbolçusu Kilian Mbappe 2024-cü ildə PSJ-dən ayrılacaq.

25 yaşlı hücumçu Paris təmsilçisi ilə müqaviləni yeniləmək fikrində deyil.

Forvard sözləşmənin 2025-ci ilin yayınadək uzadılmasına imkan verən variantdan istifadə etməyəcək.

Qeyd edək ki, Mbappe 2017-ci ildən PSJ-də çıxış edir. O, cari mövsüm komandanın heyətində bütün turnirlərdə 41 matçda 40 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.
 
///Report
OXŞAR XƏBƏRLƏR