PSJ-nin ulduz futbolçusu Kilian Mbappenin aylıq qazancı məlum olub.
AZXEBER.COM Fransa mətbuatına istinadən xəbər verir ki, 24 yaşlı ulduz futbolçu fransız nəhəngindən aylıq 6 milyon avro qazanaraq Fransa Liqasının ən çox qazanan futbolçusu olub.
Futbolçunu komanda yoldaşları Neymar və Leo Messi izləyir.
Kilian Mbappenin PSJ ilə müqaviləsi 2021-ci ildə başa çatdığı üçün "Real Madrid"ə keçməkdən imtina edib. Mbappenin hazırkı müqaviləsinin 2025-ci ildə başa çatacağı məlum olsa da, onun mövsüm başına alacağı 72 milyon avroya əlavə bonus qazanclarının olduğu məlum olub.
Üç illik 180 milyon avro bonusu ilə yanaşı, Mbappe birinci il üçün əlavə 70 milyon avro, ikinci il üçün 80 milyon avro və üçüncü il üçün 90 milyon avro qazanacaq. 24 yaşlı fransız ulduz bu maaşla dünya tarixində öz klubundan ən yüksək maaş alan futbolçudur.
Qeyd edək ki, bu mövsüm PSJ ilə ümumilikdə 33 matça çıxan Mbappe 31 qol vurub və 8 məhsuldar ötürmə edib.
Liqa 1-də ən yüksək aylıq məvacib alan futbolçuların siyahısını təqdim edirik:
1. Mbappe: 6 milyon avro
2. Neymar: 3,675 milyon avro
3. Messi: 3,375 milyon avro
4. Marquinhos: 1,2 milyon avro
5. Verratti: 1,2 milyon avro
6. Hakim: 1.08 milyon avro
7. Donnarumma: 916.000 milyon avro
8. Ramos: 791.000 milyon avro
9. Bernat: 730.000 milyon avro
10. Mukiele: 700.000 milyon avro
Mikayıl