Əslində, ermənilərin Zvartnots adlandırdığı, amma həqiqi adı “Göy mələklərin məbədi” olan abidəyə hörmət etməməsini məntiqli saymaq olar. Çünki abidə onlara məxsus deyil, tarixi saxtalaşdırmaqla Azərbaycan torpaqlarında olan abidəni öz adlarına çıxıblar. Sadəcə, İrəvan ətrafında 1905-1907-ci illərdə aparılan qazıntılar zamanı qədim dövrlərə aid məbəd ortaya çıxdı və ermənilər dərhal iddia etdilər ki, bu, katolikos 3-cü Nersesin doğulduğu kənddə tikdirdiyi Zvartnots kilsəsidir, özü də, abidənin açılışında Bizans imperatoru 2-ci Konstant da iştirak edib.
Tarixə diqqətlə nəzər saldıqda, bunun yetərincə gülünc məntiq olduğunu anlamaq olur. 7-ci əsrdə, daha doğrusu, 620-ci ildən sonra Tiflisdən Həmədana qədər bütün Azərbaycan ərazisi, o cümlədən İrəvan ətrafı Xəzər imperiyasına daxil idi. Regiona ərəblərin hücumu başlamışdı və belə olan şəraitdə Konstontinopoldan imperator 2-ci Konstantın aylarla yol gələrək İrəvan ətrafında hansısa kilsənin açılışına qatılmasını iddia etmək, sadəcə, gülməlidir.
Abidə olsa-olsa, xəzər türklərinə aid Günəş məbədidir. Görünür, ermənilər də bunu anlayır və türk abidəsindən bu yola intiqam alırlar.