"Artıq danışıqlar mərhələsi geridə qalıb, indi açıq hərbi qarşıdurmaya keçəcəklər”
Bu sözləri politoloq Zərdüşt Əlizadə AZXEBER.COM-a açıqlamasında deyib.
"Rusiya və "Vaqner” mübarizəsi başladı, tərəflər mövqeylərini müəyyənləşdirdilər. Priqojin Şoyqu və Gerasimovu xain adlandırır, Putin isə adın çəkməsə də Priqojini xain adlandırdı. "Vaqner”i yanlış yoldan çəkilməyə çağırdı. Ölkənin rəhbəri kimi Rusiyanın parçalanmasına imkan verməyəcəyini açıqladı. Artıq danışıqlar mərhələsi geridə qalıb. İndi açıq hərbi qarşıdurmaya keçəcəklər. Priqojinin 25 min zəngin döyüş təcürbəsi olan, sadiq əsgəri var. Görünür döyüşlər başlayacaq, kim daha bacarıqlı, cəsarətlidirsə, o qalib gələcək”.
Zərdüşt Əlizdə Rusiyada vəziyyətin daha da gərginləşəcəyini düşünür:
"Əgər Priqojin təslim olmasa, bu o deməkdir ki, Şoyqu, Gerasimov təslim olmalıdır. Onların isə təslim olmaq fikirləri yoxdur. Belə olduqda, açıq döyüşlər başlayacaq. Bu isə Rusiyada vətəndaş müharibəsinin başlaması deməkdir”.
Şəbnəm Zahir