Kim Çen In Rusiyaya getdi

Kim Çen In Rusiyaya getdi
DÜNYA
19:37 11.09.2023
316
Şimali Koreya lideri Kim Çen İni daşıyan xüsusi zirehli qatarın Rusiyaya doğru getdiyi iddia edilib. 

AZXEBER.COM xarici mətbuata istinadla xəbər verir ki, Cənubi Koreya kəşfiyyatına əsaslanan xəbərə görə, Şimali Koreya lideri Kim Çen İni daşıyan xüsusi zirehli qatarın Rusiyaya doğru yola düşüb.

Kim Çen Inin Rusiya prezidenti Vladimir Putinlə görüşəcəyi və silahlarla bağlı danışıqlar aparacağı bildirilir.

ABŞ Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar Koordinatoru Con Kirbi keçən ay verdiyi açıqlamada, Rusiya və Şimali Koreya arasında silah müzakirələrinin aktiv şəkildə irəlilədiyini vurğulayıb. 

Şəbnəm
OXŞAR XƏBƏRLƏR