Malayziyanın paytaxtında Şimali Koreya liderinin qardaşı Kim Çen Namın qətlinin arxasında gizli casus olduğu ehtimal edilən iki vyetnamlı qadın durur.
Bu barədə Malayziya hüquq-mühafizə orqanları Britaniyanın "Telegraph” nəşrinə bildirib.
"Biz artıq videokamera yazılarına baxmışıq. Nəticədə qətl törətmiş iki qadını aparan taksi sürücüsünü saxlamışıq”, - yüksək vəzifəli polis nümayəndəsi bildirib.
Taksi sürücüsünün ifadələri və kameralardakı yazı əsasında qadınların vyetnamlı olduğu ehtimal edilir. Polis nümayəndələri qadınların gizli casus olduqları ehtimal edildiyini bildirsə də, onların Şimali Koreya lideri Kim Çen In tərəfindən tutulduğuna dair ehtimal qurmaqdan boyun qaçırıblar.
Fevralın 13-də Malayziya aeroportunda Şimali Koreya lideri Kim Çen Inın böyük qardaşı Kim Çen Nama sui-qəsd olub. Qəsd onun ailəsinin yaşadığı Makaoya uçuşundan öncə baş verib.
///Oxu.Az