"İnter”- "Qarabağ” oyunundan sonra Ağdam klubunun futbolçusu Rahid Əmirquliyev jurnalistlərin suallarını cavablandırıb.
AZXEBER.COM Qafqazinfo-ya istinadən xəbər verir ki, R.Əmirquliyev milli komandada kapitan kimi çıxdığı Almaniya millisi ilə matçda himn oxumaması ilə bağlı ona yönələn tənqidlərə cavab verib:
"Mən himni hər zaman oxumuşam və bilirəm. Sadəcə ola bilər ki, hansısa qarışıq epizod düşüb. Kim istəsə gəlsin, görüşək, himni onun üçün oxuyum”.