‘Kim ki, hakimiyyətdən inciyir gedir müxalifətçilik edir’ - Araz Əlizadə

SİYASƏT
14:53 25.06.2013
2761

“Baxın görün nə qədər hakimiyyətdə işləyib heç nə edə bilməyən adamlar, işdən çıxarılan kimi “El” hərəkatına, “Milli Şura”ya qoşulub”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Sosial-Demokrat Partiyasının sədri Araz Əlizadə Rusiyada yaşayan “Azerros” təşkilatının keçmiş sədri Söyün Sadıqovun Azərbaycan iqtidarının əleyhinə yönələn son müsahibəsinə münasibət bildirərkən belə deyib:

“Mən əvvəllərdə mətbuata verdiyim açıqlamalarda “Milli Şuranı” “ölü doğulan” uşaq adlandırmışdım. Ölü doğulan uşaq heç vaxt ayaq açıb yeriyə bilməz. Bu gün “Milli Şura” öz fəaliyyəti ilə Azərbaycanda hansısa bir gərginlik yarada bilməz. Bu artıq təsdiqini tapmış bir faktdır”.

Partiya sədri Azərbaycanda bəzi insanların hakimiyyətdə yüksək vəzifə tutduğunu, onların işdən çıxarılmasından sonra müxalifətə keçdiklərini söyləyib.

“Kim ki, hakimiyyətdən inciyir gedir müxalifətçilik edir, başından yekə danışır, proqnozlar verir. Bu artıq bir adət halını alıb. Baxın görün nə qədər hakimiyyətdə işləyib heç nə edə bilməyən adamlar, işdən çıxarılan kimi “El” hərəkatına, “Milli Şura”ya qoşulub. Bəziləri Şurik olub, bəziləri şarik”.

Əfsələddin Ağalarov

OXŞAR XƏBƏRLƏR