Türkiyədə olduğu qədər Azərbaycanda da böyük sevgiyə sahib olan "Qalatasaray" klubu yaxın günlərdə azərbaycanlı azarkeşləri üçün sürpriz edəcək.
Tezliklə ictimaiyyətə açıqlanması planlaşdırılan sürprizlə bağlı klubun Azərbaycandakı nümayəndəliyi yeni yarışma həyata keçirir.
Yarışma zamanı 3 suala doğru cavab verən şəxsləri "Qalatasaray"la bağlı möhtəşəm hədiyyə gözləyir.
Suallar belədi:
1. "Qalatasaray" klubunun Azərbaycandakı azarkeşlərinə hədiyyəsi nədir?
2. Bu hədiyyəni “Qalatasaray”ın hansı tanınmış siması təqdim edəcək?
3. Bakının hansı məkanında “Qalatasaray”lılar üçün yeni məkan açılacaq?
Bu suallara doğru cavab verən şəxslər həyatlarının sonuna kimi unutmayacaqları anları yaşayacaq.
Qeyd edək ki, suallara “GalatasarayBaku.com” saytında qeydiyyatdan keçdikdən sonra cavablandıra bilərsiniz.