"Kimə lazımsan axı sən, Tural Sadıqlı?"- Deputat

"Kimə lazımsan axı sən, Tural Sadıqlı?"- Deputat
SİYASƏT
15:00 10.06.2022
1072
"Qabil, Vidadı, Tural Sadıqlı kimi yaramazların Azərbaycan məhkəmələrində əli qandallı, cücə obrazında ifadə verəcəkləri gün uzaqda deyil. İndi şir cürəti almaqlarına fikir verməyin, bax o zaman eynən söylədiyim kimi, quzu da yox, məhz cücə siması alacaqlar. Bu adamlar rəzilliyin kubudir, özüdür, rəsmidir, rəmzidir. Belələri söyüşdən yoğrulub, söyüşlə bəslənib, söyüşlə bələnib. Ağızlarından üfunət qoxur. Tərbiyəsizliklərini ifadə etməkdən, göstərməkdən utanmırlar. Çünki utananası yerləri qalmayıb, çünki simasızlıq həyat fəlsəfələrinə çevirilib, çünki ləyaqətlərini hərraca qoyublar"-
 
AZXEBER.COM xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Elşən Musayev xaricdə yaşayan və anti-milli fəaliyyətləri ilə tanınan "söyüş müxalifəti"nin üzvləri haqda danışarkən söyləyib.

"Neçə gündür Tural Sadıqlı adında ünsür bar-bar bağırır ki, guya buna sui-qəsd hazırlanıb. Oysa, adama sual verən lazım: Kimsən axı sən? Kimə lazımsan axı sən? Niyə özünü bu qədər böyütməyə çalışırsan? Sənin qarışqa, hörümçək qədər dəyərin yoxdursa kim sənə əl bulayar, kim səndən qısas alar? Səni Allah vurub da, bəndə niyə vursun ki?

Mən əvvəllər bir neçə dəfə Milli Məclis tribunasından söyləmişdim ki, hüquq- mühafizə orqanları bu yaramazların hamısına qiyabi də olsa cinayət işi açmalıdır. Və bildiyim qədərilə həmin cinayət işləri çoxdan açılıb. Eyni zamanda düşünürəm, ölkədəki siyasi aktivlər "söyüş müxalifəti"nə qarşı səssiz qalmamalıdır, onları qınaq obyektinə çevirməlidir. Təbii, bu fikirlərim Vidadi İsgəndərliyə "dəyərli ziyalımız" deyən Əli Kərimli kimi nankorlara, Tural Sadıqlı ilə Londonda siyasi-karaoke oxuyan Cəmil Həsənli kimi vicdansızlara aid deyil. Mən vətənini sevən, millətin dəyərini biıən siyasətçilərdən danışıram və məhz onlara müraciət edirəm: Siyasi fikirlərimiz fərqli ola bilər, amma "söyüş müxalifəti" nə qarşı hamı birləşməlidir, bu yaramaz qrup görməlidir ki, onlar qınanır, onlara hamı nifrət edir, onları hamı "blok"a qoyur.

Bu məsələyə münasibətdə Siyasi Partiyalardan da həssaslıq gözləyirəm və hesab edirəm birgə bəyanata imza atmalıyıq, "söyüş müxalifəti"nin cəm olduğu, qərarlaşdığı ölkələrə, xüsusən onların hüquq-mühafizə orqanlarına müraciət etməliyik, bu anti-milli ünsürlərin bütün sferalarda ifşasına nail olmalıyıq"- deyə millət vəkili fikirlərinə davam edib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan sədr seçildi – Ölkəmiz son illərdə hansı təşkilatlara rəhbərlik edib?
12:20 08.10.2026
Azərbaycan sədr seçildi – Ölkəmiz son illərdə hansı təşkilatlara rəhbərlik edib?
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi oldu
12:04 08.10.2026
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi oldu
Abşeron xəstəxanasının baş həkiminin müavini bıçaqlandı
11:58 08.10.2026
Abşeron xəstəxanasının baş həkiminin müavini bıçaqlandı
İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak etdi - FOTOLAR
11:43 08.10.2026
İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak etdi - FOTOLAR
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir"
11:40 08.10.2026
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir"
Paşinyan: MDB sammitində Azərbaycan və Rusiya liderləri ilə təmaslarımız olacaq
11:38 08.10.2026
Paşinyan: MDB sammitində Azərbaycan və Rusiya liderləri ilə təmaslarımız olacaq
"Azad edilmiş ərazilərin bərpasına qardaş dəstəyi bizim üçün xüsusi əhəmiyyət daşıyır"
11:34 08.10.2026
"Azad edilmiş ərazilərin bərpasına qardaş dəstəyi bizim üçün xüsusi əhəmiyyət daşıyır"
Qaradağda 23 kiloqramdan artıq narkotik vasitə aşkarlandı
11:28 08.10.2026
Qaradağda 23 kiloqramdan artıq narkotik vasitə aşkarlandı
Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açıldı
11:19 08.10.2026
Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açıldı
Prezident: Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir
11:17 08.10.2026
Prezident: Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək
11:15 08.10.2026
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək
Qırğızıstan Prezidenti: Mərkəzi Asiya və Azərbaycan vahid turizm məkanı formalaşdırmalıdır
11:14 08.10.2026
Qırğızıstan Prezidenti: Mərkəzi Asiya və Azərbaycan vahid turizm məkanı formalaşdırmalıdır
"Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"
11:14 08.10.2026
"Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"
Bu marşrutlarının hərəkət sxemi dəyişdirildi
11:12 08.10.2026
Bu marşrutlarının hərəkət sxemi dəyişdirildi
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib"
11:11 08.10.2026
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib"
Sadır Japarov: Azərbaycanın sədrliyi əməkdaşlığımıza yeni təkan verəcək
11:09 08.10.2026
Sadır Japarov: Azərbaycanın sədrliyi əməkdaşlığımıza yeni təkan verəcək