Teleaparıcı Rövşanə Ağasəfqızı son zamanlar toy, nişan və digər ailəvi mərasimlərdə dəb halını alan "Nənə-Baba” şoularına sərt reaksiya verib.
AZXEBER.COM xəbər verir ki, aparıcı bu cür görüntülərin xalqın dəyərlərini, yaşlı nəslə olan hörmətini yox etdiyini bildirib.
Aparıcı restoran sahiblərinə səslənib:
"Bu görüntünün adı nədir? Ağbirçək, ağsaqqal dəyərini qoyduq kənara! Zatən silkələnib! Kimin evində belə nənəsi varsa, ağıllı adam düşünər ki, yəqin nənənin başı gedib! Kimlər dəvət edir bu "Kukla" nənələri? Nə qədər iyrənc! Restoran sahibinin yerində olsam buraxmaram bu şounu qapıdan içəri! İnsan pula görə nələrə əl atırsa, demək mənəvi aşınma var! Bəs biz hara gedirik? Cəmiyyət olaraq harada dayanıb "yetər!" deyəcəyik?".
Aysel