"Masumiyyet” serialının "Ela”sı İlayda Alişanın kiminlə sevgili olduğu ortaya çıxıb.
AZXEBER.COM xəbər verir ki, Hülya Avşar, Mehmet Aslantuğ, Deniz Çakır və Serkan Tütüncünün baş rollarını paylaşdığı "Masumiyyet” serialında canlandırdığı "Ela” obrazı ilə tamaşaçıların sevgisini qazanan İlayda Alişan həmkarı Halit Özgür Sarıya aşiq olub.
Cütlük sevgili olduqlarını sosial şəbəkələrdəki hesablarından da elan ediblər.
Qeyd edək ki, bir müddət öncə Türkiyə mediası İlayda Alişanın (Ela) çəkiliş zamanı Deniz Çakırla (Bahar) ciddi mübahisələrinin yaşandığını yazmışdı.
Nərmin Məmmədli

