Kimlər şəhidi və qardaşını öz siyasətinin alətinə çevirməyə cəhd edir?

Kimlər şəhidi və qardaşını öz siyasətinin alətinə çevirməyə cəhd edir?
SOSİAL
22:31 29.09.2022
317
Şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədovun şəhid ailəsi hesab edilib-edilməməsi məsələsi Müdafiə Nazirliyinə məxsus arayışın yayılması ilə bir daha müzakirə mövzusuna çevrildi. Daha doğrusu, Sənan Əhmədovun qanunvericiliyə uyğun olaraq şəhid ailəsi hesab edilməməsi haqda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatından sonra belə bir arayışın yayılması müxtəlif fikirlərə yol açdı. Xüsusilə "ƏƏSM yanlış məlumat verir” və kimi əsassız iddialar ortaya atılır. Halbuki, nazirlik dünən də verdiyi rəsmi açıqlamasında sadəcə qanunvericiliyin tələblərinə istinad etmiş, hətta qanunda nəzərdə tutulmasa belə Sənan Əhmədova bir otaql mənzil də təklif etmiş, sonuncu isə bundan imtina etmişdi.

Müdafiə Nazirliyinin arayışı ilə bağlı da əslində yanlışlığa yol verilir. ƏƏSM bu məsələyə aydınlıq gətirib.

Məsələnin mahiyyəti nədir?

Yayılan arayış ümumi xarakterli sənəddir və gizir Əhmədov Səbuhi Füzuli oğlunun şəhid statusu daşıdığını, onun ailə üzvlərinin isə şəhid ailəsi hesab edildiyini təsdiq edir. Lakin bu arayış Sənubi Əhmədovun qardaşı Sənan Əhmədovun "şəhid ailəsi” statusunda olduğu demək deyil.

Arayışda konkret olaraq hansı şəxsin şəhid Səbuhi Əhmədovun ailə üzvü hesab olunduğu barədə məlumat yazıılmayıb, hər hansı bir şəxsə şəhidin ailə üzvü kimi rəsmi status verilməyib.

Şəhid ailəsi statusu kimə şamil edilir?

Şəhidin ailə üzvü kimi rəsmi statusun verilməsi Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”na uyğun həyata keçirilir.

Qanunvericilikdə bu güzəştlərdən şəhidin həyat yoldaşı, valideynləri, 18 yaşına çatanadək (əyani təhsil aldığı halda 23 yaşınadək), o cümlədən 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan uşaqları, 18 yaşına çatanadək (əyani təhsil aldığı halda 23 yaşınadək) uşaq evlərində tərbiyə olunan qardaş və bacıları, qanunla onları saxlayan şəxs olmadıqda baba və nənələri istifadə edir.

Şəhidin qardaşı Sənan Əhmədovun isə 27 yaşı olduğu üçün qanunvericiliyə əsasən şəhid ailəsi statusunda olan şəxs hesab edilmir. Buna baxmayaraq Sənan Əhmədovun dövlət qayğısı ilə təmin edilməsi istiqamətində addımlar atılır. Onun sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə ƏƏSM hazırda mümkün olan təklifi – sosial tərəfdaş vasitəsilə təqdim olunan 1 otaqlı mənzili ona təklif edir.

Qanunlar ortadadır, o zaman, sual yaranır ki, bu mövzu niyə kontekstdən çıxarılmış formada gündəmdə saxlanılır?

Məlumdur ki, müəyyən qruplar bu məsələdən siyasi ambisiyaları üçün istifadə edir, xüsusilə dövlətin sosial siyasətinə, şəhid ailəsi və qazilərlə bağlı genişçaplı layihələrinə kölgə salmağa çalışırlar. Hərçənd, bu məsələnin manipulyasiya edilməsi hər şeydən öncə şəhidimiz Səbuhinin daşıdığı adın müqəddəsliyini ucuzlaşdırmaq cəhdidir, o cümlədən, qardaş itkisi ilə üzləşən Sənanın narahat edilməsidir.

Vasif Həsənli,
Demokrat.az saytının rəhbəri
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiyada Ermənistan istehsalı olan onminlərlə içkinin satışı dayandırıldı
19:30 04.08.2026
Rusiyada Ermənistan istehsalı olan onminlərlə içkinin satışı dayandırıldı
Nyu-York metrosunda yanğın: 12 nəfər tüstüdən zəhərləndi
19:18 04.08.2026
Nyu-York metrosunda yanğın: 12 nəfər tüstüdən zəhərləndi
UEFA-dan sarı vərəqə limiti ilə bağlı yeni qərar
19:09 04.08.2026
UEFA-dan sarı vərəqə limiti ilə bağlı yeni qərar
Husilər Səudiyyə Ərəbistanındakı hava limanına PUA zərbəsi endirdi
18:55 04.08.2026
Husilər Səudiyyə Ərəbistanındakı hava limanına PUA zərbəsi endirdi
Zelenski Rusiyaya qarşı yeni əməliyyatları təsdiqlədi
18:39 04.08.2026
Zelenski Rusiyaya qarşı yeni əməliyyatları təsdiqlədi
"Reuters": İran Hörmüz boğazından keçən gəmilər üzərində nəzarəti gücləndirmək istəyir
18:25 04.08.2026
"Reuters": İran Hörmüz boğazından keçən gəmilər üzərində nəzarəti gücləndirmək istəyir
Ukrayna Rusiya ordusunun bir sıra obyektlərinə və körpülərə zərbələr endirib
18:10 04.08.2026
Ukrayna Rusiya ordusunun bir sıra obyektlərinə və körpülərə zərbələr endirib
İraq neftini daşıyan tankerlər Hörmüz boğazından keçməyə başlayıb
17:56 04.08.2026
İraq neftini daşıyan tankerlər Hörmüz boğazından keçməyə başlayıb
Dəfn müavinəti ilə bağlı RƏSMİ AÇIQLAMA
17:47 04.08.2026
Dəfn müavinəti ilə bağlı RƏSMİ AÇIQLAMA
Ötən ay 11 aptekdə nöqsan aşkarlanıb
17:36 04.08.2026
Ötən ay 11 aptekdə nöqsan aşkarlanıb
Azərbaycanda sürücüsüz nəqliyyat dövrü başlayır – Buna hazırıqmı?
17:25 04.08.2026
Azərbaycanda sürücüsüz nəqliyyat dövrü başlayır – Buna hazırıqmı?
“Sərnişinlər əlavə 60 qəpik ziyana düşəcək” - Metroya alternativ avtobusların ödənişli olması narazılıq yaratdı
17:11 04.08.2026
“Sərnişinlər əlavə 60 qəpik ziyana düşəcək” - Metroya alternativ avtobusların ödənişli olması narazılıq yaratdı
Bu ölkə Azərbaycanda səfirlik açır - Tarix
16:59 04.08.2026
Bu ölkə Azərbaycanda səfirlik açır - Tarix
Telefonunuzu bir saniyədə təhlükəyə ata bilən QR kod tələsi - XƏBƏRDARLIQ
16:48 04.08.2026
Telefonunuzu bir saniyədə təhlükəyə ata bilən QR kod tələsi - XƏBƏRDARLIQ
Yeməkdən boğulma ölümə səbəb ola bilər: İlk yardım qaydaları
16:27 04.08.2026
Yeməkdən boğulma ölümə səbəb ola bilər: İlk yardım qaydaları
Dövlət Proqramı qalibləri ilə görüş keçirildi
16:20 04.08.2026
Dövlət Proqramı qalibləri ilə görüş keçirildi