"Kimlərinsə planlı tələlərinin qurbanı olmayacağam" - Aygün Kazımova

"Kimlərinsə planlı tələlərinin qurbanı olmayacağam" -  Aygün Kazımova
ŞOU-BİZNES
12:42 09.12.2013
1893

Xalq artisti Aygün Kazımova bir də qalmaqal etməyəcəyini bildirib.

AZXEBER.COM Showlife.az -a istinadən xəbər verir ki, bu barədə sənətçinin adından daxil olan açıqlamada bildirilib:“Sevimli tamaşaçılarıma,fanatlarıma,canlarıma söyləmək istəyirəm ki, hiss edirəm, bilirəm, duyuram ki, hər dəfə xoşagəlməz söz-söhbətlər sizə çox pis təsir edir. Hər zaman çox üzülürsünüz, dilxor olursunuz, qırılırsınız. Ətrafda mənə qarşı bu cür hallar yaşananda, elə mən özüm də eyni hissləri yaşayıram, işləyə, çalışa bilmirəm. Bu halımı heç sevmirəm, inanın, lider olmaq doğrudan da çox çətindir. Hələ nə qədər atılan daşlara məhəl qoymuram.Üzülməyin, canlarım mənim, siz mənim hər şeyimsiniz. Sizə söz verirəm, bir daha heç kimin nə gözlənilməz təhqirlərinə, atmaca, şər və böhtanlarına cavab verməyəcəyəm, kimlərinsə planlı tələlərinin qurbanı olmayacağam.Və burdan bütün media nümayəndələrinə müraciət edirəm ki, məni kimlərinsə öncədən planlaşdırılmış çirkab oyunlarının qurbanı etməsinlər. Birtərəfli müsahibələr alıb, məni münasibətdə olmadığım insanlarla istəmədən qalmaqallara salmasınlar. Mən bunu istəmirəm. Çünki həm mən, həm də sevənlərim çox üzülür.Hörmətli media nümayəndələri, sizdən ricam, qarşı tərəfin planlı şəkildə hazırladığı ucuz reklam piarına son qoyasınız, mənim adımı hallandırmayasınız. Mənim bu cür çirkin piara ehtiyacım yoxdur. İstəmirəm, arzu etmirəm və heç vaxt da etməmişəm.

OXŞAR XƏBƏRLƏR