“Kimyəvi silahdan istifadə etmək hərbi cinayətdir”

DÜNYA
14:42 19.09.2013
1098
“Suriyada kimyəvi silahdan istifadə edilməsi hərbi cinayətdir”.
Bu sözləri NATO-nun baş katibi Anders Foq Rasmussen Brüsseldə çıxışı zamanı söyləyib. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə Rasmussen çıxışı zamanı Suriya hökümətinin kimyəvi silahdan istifadə etdiyinə görə dünya ictimayəti qarşısında günakar olduğunu və tezliklə cəzasını alacağını da bildirib.NATO-nun baş katibi Suriyadakı məsələlərlə bağlı müttəfiq dövlətlərlə ABŞ-ın fikirlərinin üst-üstə düşdüyünü də qeyd edib. Rusiya Xarici İşlər Nazirliyindən isə Suriyadakı mövcud məsələlərlə bağlı müxalif qüvvələrin ittiham edilməsinin əleyhinə olduqları barədə açıqlama verilib.Açıqlamada bunlar qeyd olunub: “ Hamı Suriya hakimiyyətini yersiz və sübutsuz yıxmağa çalışır. Bu çox qeyri ciddi addımdır!”

OXŞAR XƏBƏRLƏR