Kinematoqrafçılar İttifaqının elan etdiyi müsabiqə yekunlaşdı

MƏDƏNİYYƏT
12:57 07.11.2017
1406
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının elan etdiyi "Zaman və Məkan” adlı qısametrajlı sədəndli filmlər üçün elan olunan ssenari müsabiqəsi başa çatıb.
 
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidmətinin rəhbəri Əli Vəliyev AZXEBER.COM-a bildirib ki, müsabiqəyə 50-dən yuxarı sənədli film ssenarisi təqdim edilib.
 
Müsabiqə şərtlərinə uyğun təqdim edilmiş ssenarilər artıq İttifaq tərəfindən elan olunan əsas juri heyətinə təqdim edilib. Əvvəlcədən adları gizli saxlanılan juri, bütün ssenariləri qiymətləndirdikdən sonra qaliblərin adları açıqlanacaq.
 
Ümumilikdə bu ilin sonuna qədər elan olunmuş müsabiqə ilə bağlı qiymətləndirmələr, qaliblərin adlarının açıqlanması və bunlarla bağlı bütün tədbirlər yekunlaşacaq.

OXŞAR XƏBƏRLƏR