"KinoBox" onlayn yayım platformasının təqdimatı olub - FOTO

"KinoBox" onlayn yayım platformasının təqdimatı olub - FOTO
MƏDƏNİYYƏT
15:18 13.12.2025
466
Bakı Konqres Mərkəzində "KinoBox" onlayn yayım platformasının rəsmi təqdimat mərasimi keçirilib.

Mərasimdə mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, "KinoBox" Azərbaycanın və region ölkələrinin film istehsalçılarını, rejissorlarını və tamaşaçılarını birləşdirən yeni nəsil rəqəmsal yayım platformasıdır.

"KinoBox" beynəlxalq filmlərin onlayn nümayişini, müstəqil kino üçün rəqəmsal paylama imkanını və mədəni müxtəlifliyin təşviqini hədəfləyir.

"KinoBox"un əsas hədəflərindən biri də yerli film ekosistemini rəqəmsal paylama sistemi, hüquqların qorunması və istifadəçi yönümlülük əsasında inkişaf etdirməkdir. Həmçinin platforma yeni gəlir modellərini və birbaşa yayımları həyata keçirməyi planlaşdırır.
 
///apa
 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR